RU

Ukrayna ABŞ-ın köməyi ilə hava hücumundan müdafiə sistemlərini gücləndirməyi planlaşdırır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Antoni Blinkenlə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və Ukraynanın enerji sisteminin bərpası üzrə birgə işi müzakirə etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən Blinkenlə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, eləcə də enerji sistemimizin restrukturizasiyası üzrə apardığımız işlərdən danışdım”, - Ukrayna XİN rəhbəri bildirib.

Kuleba əlavə edib ki, görüş zamanı iyulda Vaşinqtonda keçirilməsi gözlənilən NATO sammitinin nəticələri ilə bağlı məsələlər də müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
operativmm.az

1Источники