RU

"Turnirin ən yaxşı iki komandası qarşılaşacaq" - Rüdiger

Almaniya yığmasının mərkəz müdafiəçisi Antonio Rüdiger Avropa çempionatının 1/4 finalında İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Kicker" onun dediklərini belə çatdırıb:

“Bu, böyük bir oyundur, əsl klassikdir, mən onu səbirsizliklə gözləyirəm. Fikrimcə, hazırda turnirin ən yaxşı iki komandası qarşılaşacaq. Məncə, şanslar bərabərdir. Hazır olmalıyıq. Biz qətiyyətli olub irəli getməliyik, çünki ispanların da zəif tərəfləri var. Onlar aqressiv pressinq edirlər, bundan yararlana bilərik, amma bunun üçün topa yaxşı yanaşmalı və təzyiq altında sakit olmalıyıq. Səhv üçün yer olmayacaq”

Görüş iyulun 5-də Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq. 1/8 finalda Almaniya millisi Danimarkaya (2:0), ispanlar isə Gürcüstan yığmasına qalib gəlib (4:1).

Избранный
122
90deqiqe.az

1Источники