RU

"Arsenal" İtaliya millisinin üzvü ilə razılaşdı

"Arsenal heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb. 

London təmsilçisi İtaliya millisinin və "Bolonya"nın mərkəz müdafiəçisi Rikkardo Kalafiori ilə razılaşıb.

"Arsenal" yaxında 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Qeyd edək ki, Rikkardo Kalafiori ötən mövsüm "Bolonya"nın heyətində 37 oyuna çıxıb, 2 qol vurub və 5 qolun ötürməsini verib.

Bizim.Media

Избранный
62
1
bizim.media

2Источники