RU

Rəqibimiz hazırlığa başladı

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan qadın futbolçulardan ibarət Türkiyə yığması son oyunların hazırlıqlarına başlayıb.

Futbolinfo.az xəbər verir ki, “ay-ulduzlular”ın baş məşqçisi Necla Güngör Kıraqası yerli mətbuata açıqlamasında komandasının qrupdakı şanslarını dəyərləndirib.

O, ötən turda Bakıda Azərbaycan millisinə məğlubiyyətin (0:1) durumlarına təsirsiz ötüşmədiyini bildirib: “Ölkəmizdəki qadın futbolunun yüksəlişini davam etdirmək istəyirik. Təəssüf ki, Azərbaycanla səfər matçında istədiyimiz oyunu sərgiləyə bilmədik. İlk üç qarşılaşmadakı parlaq çıxışımız Bakıda qırıldı. Lakin təslim olmayan, çox istəkli kollektivə sahibik. Qrupdakı final matçımız son turda Macarıstana qarşı olacaq. Pley-offa yüksəlmək və Avropa çempionatına vəsiqə şansımızı davam etdirmək istəyirik”.

Qeyd edək ki, dörd turdan sonra B qrupunun 1-ci qrupunda İsveçrənin 9, Türkiyənin 6, Macarıstan və Azərbaycanın isə 4 xalı var. Qrupda növbəti turun oyunları iyulun 12-də keçiriləcək. Həmin gün Azərbaycan Macarıstanı, Türkiyə isə İsveçrəni qəbul edəcək. İyulun 16-da baş tutacaq son turda isə İsveçrə – Azərbaycan və Macarıstan – Türkiyə görüşləri reallaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
futbolinfo.az

1Источники