RU

Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniyanın Türkiyədəki səfiri Yurgen Şuls Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Almaniya daxili işlər naziri Nensi Faserin Avropa çempionatı çərçivəsində keçirilən Türkiyə- Avstriya matçında sevincini ifadə edən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələb etməsidir.
Nazir Nensi Feser  2024 Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə ilə Avstriya arasında keçirilən matçda Merih Demiralın qol sevincini hədəf alaraq UEFA-dan sanksiya tələb etmişdi.
UEFA futbolçunun matçda  ''qeyri-münasib davranış" nümayiş etdirdiyini iddia edərək Merih Demiral barəsində istintaq başlatmışdı.



Избранный
112
trt.net.tr

1Источники