“Opta” superkompüteri Almaniya millisinin Avro-2024-ün qalibi olmaq şansının yüksək olduğunu bildirib.
Tribunainfo.az xəbər verir ki, hesablamalara görə, Yulian Naqelsmanın rəhbərlik etdiyi komandanın qitə birinciliyini qazanmaq şansı 20 faizdir. Superkompüterin məlumatına görə, ikinci sırada turnirdə qalib olmaq şansı 19,2% olan İspaniya millisi gəlir.
Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Almaniya və İspaniya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.