RU

Lavrov Belarusun ŞƏT-ə daxil olmasını şərh edib

Rusiya Belarusun İttifaq dövlətinin tərkibində bütün beynəlxalq proseslərdə iştirakında maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinlə söhbətində təşkilatın Astanada keçirilən sammitində Belarusun ŞƏT-ə qəbul edilməsinə münasibət bildirib.

"Biz İttifaq dövlətinin vahid cəbhə kimi bütün beynəlxalq proseslərdə iştirakında maraqlıyıq", - Lavrov bildirib.

Belarusun təşkilata qəbulu ilə bağlı müvafiq sənəd iyulun 4-də Astanada keçirilən sammitdə ŞƏT dövlət başçıları tərəfindən imzalanıb. İyulun 3-dən 4-dək Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir. Konfransın ilk günündə Rusiya prezidenti bir sıra ikitərəfli görüşlər, o cümlədən Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparıb.

Избранный
48
operativmm.az

1Источники