RU

Güləş üzrə dünya çempionu 27 yaşında vəfat etdi

55 kq çəki dərəcəsində 2019-cu ilin dünya çempionu, yunan-Roma güləşçisi Nuqzar Tsurtsumiya vəfat edib. Bu barədə Gürcüstan Milli Güləş Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb. Fevralda idmançının 27 yaşı tamam olmuşdu.

Bir sıra Gürcüstan KİV-nin məlumatına görə, idmançı evdə ölü tapılıb. Müstəntiqlərin fikrincə, güləşçi intihar edib.

Tsurtsumiya qızıldan əlavə dünya çempionatlarında daha iki gümüş və iki bürünc medalın sahibidir. Nuqzar həm də Avropa çempionatının dəfələrlə qalibi olub.

Qeyd edək ki, 2019-cu il dünya çempionatında Tsurtsumiya Gürcüstana son 12 ildə bu səviyyədə ilk qızılı qazandırmışdı. Qələbədən sonra Nuqzar, final döyüşündən əvvəl ölən qardaşı haqqında düşündüyünü də bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
futbolinfo.az

1Источники