RU

Dini qurumlar siyasi fəaliyyətlə məşğul ola bilməyəcəklər

Belarusda dini qurumların bir il ərzində siyasi fəaliyyətlə məşğul olması qanunvericilik səviyyəsində qadağan olunacaq, bütün dini qurumlar yenidən qeydiyyatdan keçəcək.

Bu, iyulun 6-dan qüvvəyə minən “Vicdan azadlığı və dini qurumlar haqqında” qanunun yeni redaksiyasında nəzərdə tutulub.

Dini qurumlara siyasi partiyaların fəaliyyətində iştirak etmək, onlara maliyyə və digər dəstək göstərmək qadağan ediləcək.

“İbadət yerlərində dini simvollardan başqa hər hansı rəmzdən istifadə etmə, yığıncaq, mitinq, piket, seçkiqabağı təşviqat və digər siyasi tədbirlər, müharibə, sosial, milli, dini və irqi düşmənçiliyin təbliği, digər ekstremist fəaliyyət, habelə çıxışlar , müraciətlər, dövlət orqanlarının nümayəndələrini, vəzifəli şəxsləri və ayrı-ayrı vətəndaşları, başqa dinlərin nümayəndələrini və onların ardıcıllarını təhqir etmək cinayət hesab ediləcək”, - qanunda deyilir.

Qanun dini qurumların yaradılması və dövlət qeydiyyatına alınması qaydalarını da tənzimləyir. İndi respublika dini birliyinin yaradılmasının məcburi şərti onun tərkibində respublikanın bütün bölgələrində və paytaxtda fəaliyyət göstərən dini icmaların olmasıdır.

Dəyişikliklərin qüvvəyə mindiyi tarixdən bir il ərzində dini qurumlar yenidən qeydiyyatdan keçməlidirlər.

Oxuməni.az

Избранный
97
1
oxumeni.az

1Источники