RU

İsrail kənddəki su borularını kəsdi, fələstinlilər susuz qaldı

Qeyri-qanuni israilli mühacirlər Fələstinin İordan çayının qərbindəki Umm Əl-Xeyr kəndində su borularını kəsərək, kəndliləri susuz qoyub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail əsgərlərinin müşayiəti ilə bu hücumu həyata keçirən mühacirlər başqa bir Fələstin kəndində bir evi və meşəlik ərazini yandırıblar.

\"Associated Press\" xəbər agentliyinin əldə etdiyi videoda bir qrup sakinin kəndin su borusuna müdaxilə etdiyi və suyun yerə töküldüyü görünür.

Başqa bir videoda isə iki İsrail əsgəri boruya baxarkən məskunlaşanlar borunun ətrafına toplaşır.
 
Dünən beynəlxalq və israilli fəallar fələstinliləri qorumaq üçün kəndə axışıblar.

Günlər əvvəl baş verən qarşıdurma zorakılığa çevrilib və kənd sakinləri bildiriblər ki, məskunlaşanlar altı fələstinliyə dəyənək və gözyaşardıcı qazla hücum ediblər. Həmin fələstinlilər xəstəxanaya yerləşdirilib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
1
azxeber.com

2Источники