RU

7 Oktyabrdan sonra Qəzza: Əhalinin 90 faizi köçkün vəziyyətinə düşdü

Birləşmiş Millətlər Təşkilatının OCHA agentliyi Qəzzada insanların təxminən 90 faizinin müharibə başlayandan bəri köçkün vəziyyətinə düşdüyünü açıqlayıb. OCHA məlumatlarına görə; Təxminən 1,9 milyon fələstinli İsrailin işğalından bu yana didərgin düşüb və bir çoxları bir neçə dəfə qaçmağa məcbur olub.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin ərazilərindəki Humanitar Yardımın Koordinasiyası Agentliyinin (OCHA) məlumatlarına görə, İsrailin oktyabrın 7-də hücumları başlayandan bəri Qəzza zolağının əhalisinin təxminən 90 faizi ən azı bir dəfə köçkün vəziyyətinə düşüb.

OCHA prezidenti Andrea De Domeniko bildirib ki, Qəzzada təxminən 1,9 milyon insanın didərgin düşdüyü güman edilir.

Domeniko jurnalistlərə bildirib ki, “Biz hesab edirik ki, Qəzza zolağında hər 10 nəfərdən 9-u oktyabr ayından bəri ən azı bir dəfə, bir çoxu isə bəlkə də 10 dəfə evlərindən didərgin düşüb”.

Əvvəllər bu rəqəmin 1,7 milyon olduğu bildirilsə də, sonradan Refahda başladılan əməliyyatla əlaqədar əlavə köçlərin olduğu bildirilib.

Vəziyyətin ciddiliyini vurğulayan Domeniko, "İnsanlar son 9 ayda stolüstü oyundakı piyadalar kimi bir yerdən başqa yerə köçdülər. Və yəqin ki, onların arzuları və ümidləri vardı; təəssüf ki, bu gün getdikcə daha az qorxurlar" dedi.

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağının ikiyə bölündüyünü bildirən OCHA, mühasirəyə alınan bölgənin şimalında 300-350 min insanın yaşadığını və bu insanların cənuba gedə bilməyəcəyini təxmin edir.

Müharibə başlayandan bəri təxminən 110 min fələstinlinin Rəfah Sərhəd Qapısından istifadə edərək Qəzza zolağından Misirə çıxmağı bacardığı qeyd edilib.

Lakin may ayında Rəfaha qarşı başlayan quru əməliyyatı sərhəd qapısının İsrailin nəzarətinə keçməsinə və keçidlərin dayanmasına səbəb olaraq bölgədə nəqliyyatın hərəkətini dayandırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
turkustan.az

1Источники