RU

SABAH-ın məzunları 9 milyon manata yaxın investisiya əldə edib - Nazir

SABAH-ın startapları 9 milyon manata yaxın investisiya əldə edib. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"SABAH-ın məzunlarından gözləntilərimiz çoxdur. Təhsil elə bir sahədir ki, onun nəticəsini 5-10 il müddətində görmək olur. Bu il SABAH-ın yaranmasından 10 il keçir. SABAH-ın startaplarının davamı olaraq yüksək texnologiyalar bazarları yaradılacaq. SABAH məzunları əmək bazarında özləri iş yaradan tərəf olacaqlarına ümidlərimiz çoxdur",- nazir iyulun 4-də SABAH-ın məzunları ilə görüşdə deyib.

Nazir vurğulayıb ki, bu il ilk dəfə SABAH-ın məzunları Qarabağ Universitetində də təhsil ala biləcək.

SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.

2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub.

Gülnar Nazimqızı
www.anews.az
Избранный
73
anews.az

1Источники