RU

ŞƏT-in sıraları Belarusun hesabına daha da genişlənib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti Belarusun assosiasiyaya üzv qəbul edilməsi ilə başlayıb. Bu barədə TASS məlumat yayıb.

Belarusun təşkilata qəbulu ilə bağlı müvafiq sənədi Astanada keçirilən sammitdə ŞƏT dövlət başçıları imzalayıblar.

"Belarus qısa müddət ərzində ŞƏT-ə üzvlük yolunda bütün lazımi prosedurları başa çatdırdı", - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğulayıb.

Tokayev qərarı dövlət başçılarına elan edib və Belarus prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

Oxuməni.az

Избранный
126
oxumeni.az

1Источники