RU

Haxverdiyandan etiraf:“Qarabağ qələbəmizi Moskva

AzVision.az xəbər verir ki, bunu erməni ictimai xadim, bəstəkar Ruben Haxverdiyan "Lurer1" TV-yə müsahibəsində deyib.

“Məğlubiyyətin açarı Ermənistan rəhbərlərindədir” - Erməni jurnalist
“Rusiya əvvəlcə bizim vasitəmizlə türkləri qorxutdu. Moskva daha sonra türklərlə danışıqlar apardı və Qarabağın tarixən türklərə məxsus olması qənaətinə gəldi. Ruslar Qarabağı yenidən "satdılar". Onlar ermənilərdən "sendviç" hazırlamaq, daha sonra isə özlərinin nəzarətində olacaq dəhliz açmaq istəyirdilər”, - tez-tez siyasi açıqlamaları ilə gündəmə gələn sənətçi gileylənib.

Haxverdiyan baş nazir Nikol Paşinyanın siyasətindən də narazı olduğunu bildirib: “Mən Nikoldan dəhşətli dərəcədə narazıyam. Əgər Paşinyan qısa zamanda istefa versə, bu həm onun, həm də bizim üçün uğur sayılacaq. Biz nə deyirkk? Deyirik ki, baş nazirimiz xəstədir. Amma istefadan sonra bu kürsüyə kimi qaldıracağımızı da bilməliyik.

İndi Baqrat Srbazanın adı hallanır. Sizcə, Moskva keşişin hərəkatına nəzarət etmirmi? Adını müqəddəs qoyublar. Hərəkat axı müqəddəs ola bilməz. Bu hərəkatın müqəddəsliyi nədədir? Şəxsən mən belə hesab edirəm ki, bütün bunlar Ermənistanda çaşqınlıq yaratmaq üçün baş verir. Yəni hərəkat Moskva bulanıq sularda balıq tuta bilsin deyə yaradılıb”.

O iddia edib ki, hazırda ölkədə baş verən məlum siyasi proseslər Zəngəzur dəhlizinin açılmasına hesablanıb.

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
azvision.az

1Источники