RU

Millimizin üzvü Polşa klubundakı taleyi ilə bağlı qərar verdi

Millimizin üzvü Rahil Məmmədov “LKS Lodz” klubundan ayrılıb.

Publika.az xəbər verir ki, Polşa təmsilçisi 28 yaşlı müdafiəçisinin istəyinə əsasən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klub rəsmi məlumat yayıb.

Xatırladaq ki, Məmmədov bu ilin yanvarında “Qarabağ”dan ayrılaraq “LKS Lodz”a keçmişdi.

Qeyd edək ki, 2023/2024 mövsümünün yekunlarına əsasən “LKS Lodz” klubu Polşanın əsas liqası olan Ekstraklasanı tərk edib.

Избранный
167
publika.az

1Источники