RU

Parlamentin damına çıxan etirazçılar ölkədə xaosa səbəb oldu

İsrailin Qəzzada törətdiyi qırğına etiraz etmək üçün Avstraliyada parlament binasının damına çıxan fəallar təhlükəsizlik böhranına səbəb olub.

Turkustan.az xəbər verir ki, Avstraliyanın paytaxtı Kanberrada 4 Fələstin tərəfdarı İsrailin Qəzzada törətdiyi qırğına etiraz etmək üçün parlament binasının damına çıxıb.

“Çaydan dənizə Fələstin azad olacaq” yazılmış qara pankart açan və bir saat şüarlar səsləndirən fəallar İsrailin hərbi cinayət törətdiyini vurğulayıblar.

Polis əraziyə giriş-çıxışları bağlayarkən, 4 nəfər damdan çıxarılaraq saxlanılıb. Bu hadisə parlament binasının təhlükəsizliyi ilə bağlı deputatların tənqidinə səbəb olub.

Baş nazir Entoni Albanese etirazçılar qrupunu qınayıb və bunun dinc etiraz olmadığını bildirib.

Bu arada Avstraliyada Yaşıllar Partiyasının Fələstinin dövlət kimi tanınması ilə bağlı Senata təqdim etdiyi təklifi dəstəklədiyi üçün partiya qrupundan qeyri-müəyyən müddətə uzaqlaşdırılan hakim İşçi Partiyasının senatoru Fatimə Payman partiyadan istefa verdiyini açıqlayıb.

Avstraliyada Yaşıllar Partiyasının Fələstinin dövlət kimi tanınması ilə bağlı parlamentə təqdim etdiyi təklif iyunun 25-də ikinci dəfə rədd edilib. 2022-ci ildə vəzifəyə başlayan və "ölkənin ilk hicablı senatoru" olan Payman təklifi dəstəkləyən yeganə İşçi Partiyası senatoru idi və onun dəstəyinə görə iyulun əvvəlində partiya şurasının iclasında iştirakına qadağa qoyuldu

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
102
turkustan.az

1Источники