RU

Tank oğurlayıb Rusiyaya keçən ukraynalıya pasport verildi -VİDEO

Ukraynaya məxsus T-64 tankını oğurlayaraq onunla qarşı tərəfə keçən keçmiş ukraynalı hərbçi Maksim Lixaçev Rusiya Federasiyasının vətəndaşlıq pasportunu alıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hərbçi bu anı çoxdan gözlədiyini və “azad, güclü ölkənin cəmiyyətinin bir hissəsi” olduğuna görə şad olduğunu etiraf edib: "Bunu çoxdan gözləyirdim".

Xatırladaq ki, Lixaçev may ayında sürdüyü tankla bərabər Rusiya Silahlı Qüvvələrinin tərəfinə keçmişdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
32
news365.az

1Источники