RU

Türkiyə- Hollandiya matçının hakimləri açıqlandı

Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il futbol üzrə Avropa çempionatında (AVRO-2024) şənbə günü keçiriləcək 1/4 final oyunlarının hakimləri açıqlanıb.

Bakivaxti.az xəbər verir ki, Türkiyənin Hollandiya ilə qarşılaşacağı matçı fransız hakim Klement Turpin idarə edəcək.

Yerli saatla 23:00-da start götürəcək oyunda Turpinin köməkçiləri Nikolas Danos və Benjamin Peyks olacaq.

4-cü hakimi Feliks Zveyer olan matçın VAR kürsüsündə Cerem Brisard əyləşəcək.

Ziyafət Əlisoy

Избранный
56
bakivaxti.az

1Источники