RU

NBA-da oynamış basketbolçu “Sabah”a keçib

NBA-da

Bakı, 4 iyul, AZƏRTAC

“Sabah” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “tələbələr” amerikalı Hassani Qravetti transfer edib. Onunla iki illik müqavilə imzalanıb.

Hassani Qravett peşəkar karyerası ərzində 2021-2022-ci illər mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb.

O, son mövsümü Polşanın “Slask” klubunda keçirib.

 

Избранный
51
2
azertag.az

4Источники