RU

Azərbaycanda yumurta yenidən BAHALAŞDI: Dükan yumurtasında 8, kənd yumurtasında 10 qəpik ARTIM 

Bir müddət öncə ölkədə yumurta bolluğu baş verdi. Hətta, yumurtanın satış qiyməti 9 qəpiyədək endi. Marketlərdə, bazarlarda vitrinlərdə yumurta o qədər çox idi ki, buna görə satan çox idi, alan az. İndi isə bolloq tendensiyası dəyişib. Yumurtanı satış qiyməti 4-5 hətta 8 qəpik artaraq 13, 14 və 18 qəpiyə müştərilərə təklif olunur. Kənd yumurtası adı ilə satışda olan 18-20 qəpiyə olan yumutalar isə 30 qəpiyə alıcıya təklif olunur.

Məsələni ərzaqlarda bahalaşmanın olması iləmi izah edək ya fürsətdən istifadə edib özbaşına qiymət artımı yaradan şəbəkələrin oyunumu, bilmədik.

Bununla bağlı Referans.az-a danışan Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyi İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, problem bundan ibarətdir ki, Azərbaycanda istehsal olunan yumurtanın maya dəyəri 14 qəpik və bunun üzərindədir. Sadəcə, yaz aylarında yumurtanı bolluğu yaranmışdı:

“Kənd toyuqlarının yumurtlamasının çoxalması bu bolluğa səbəb oldu. Təklif o qədər çoxaldı ki, tələbi azaltdı. Tələb azalanda da da qiymət endi aşağı”.

Müsahib bildirir ki, normal yumurtanın qiyməti 16- 17 qəpik civarındadır. Ərzaq məhsullarında bahalaşmanın yumurtanın satış qiymətinin bahalaşmasına heç bir təsiri yoxdur.

Şəlalə Babayeva

 

 

 
Избранный
62
referans.az

1Источники