RU

Bakıda otellərdə milyonlarla manata mənzil satılır - FOTO

Daşınmaz əmlak bazarı Azərbaycanda ən gəlirli investisiya alətlərindən biri hesab olunur. Bəzi vətəndaşlar düşünürlər ki, mənzil alıb kirayə vermək ən etibarlı sərmayədir. Son illərdə isə Azərbaycanda yeni bir tendensiya yaranıb. Bəzi vətəndaşlar otellərdən mənzil alaraq kirayə verirlər. Dəyəri milyonlarla manat olan bu mənzilləri kimlər kirayə edir?

1,8 milyon manata 2 otaqlı, 2,5 milyon manata isə 3 otaqlı mənzil satılır. Azərbaycanda son illər otellərdən mənzil alanların sayı artıb.

“Operativ Media”ya açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, bəzi otellər sonuncu mərtəbələrdəki otaqları mənzil kimi satışa çıxarır. Oteldən otaq alan şəxs ömürlük mənzil sahibi olur. Ekspert deyir ki, bu tendensiya nəinki Bakıda, hətta bölgələrdə də geniş yayılıb:

“Paytaxt ərazisi və bölgələrdə bir çox otellər var ki, həmin otellərin bir hissəsi vətəndaşlara məxsusdur. Bu xarici təcrübədə daha geniş yayılıb, xarici ölkələrdə daşınmaz əmlak satışını həyata keçirən şirkətlər, həmçininin xarici ölkələrdə yüksək gəlirlər gətirən otellərin “OTO” nömrələrini belə satışa çıxarırlar. Bakıda məşhur otellərdə bu tip mənzillərin satışa çıxarılması müşahidə olunur ki, onların da qiymətləri demək olar ki, bir neçə milyon manatdan başlayır. Onların aylıq gəlirlərinə nəzər salsaq həmin otellərin aylıq gəlirləri isə ortalama bir neçə min manat təşkil edir”

Ekspertin sözlərinə görə, investorlar otellərdəki mənzilləri əmlak sahibləri üçün müəyyən kredit şərtləri ilə satışa çıxarırlar:

“Həmin satışa çıxarılan əmlakların böyük bir hissəsi kreditli şərtlərlə satılır ki, həmin kreditin ilkin ödənişini alıcı ödəməklə digər hissəsini həmin oteldən gələn gəlirlərlə bağlamaq mümkündür. Paytaxt ərazisindəki böyük otellərdəki mənzillərin satışa çıxarılması vətəndaşlara həm aylıq yüksək gəlir gətirməsinə səbəb olur, həm də investisiya baxımından həmin əmlaklara demək olar ki, bir neçə ildən sonra qiymətlərində kəskin artım müşahidə olunur”.

Избранный
52
operativmedia.az

1Источники