RU

"Zirə"nin Avropa Liqasındakı rəqibi Sint-Martendən futbolçu transfer edib

"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) yeni futbolçu transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi İlunqa Patanı heyətinə qatıb.

Niderlandlı müdafiəçi Puerto Riko yaxınlığında, Atlantik okeanında yerləşən Sint-Marten adasında anadan olub.

Qeyd edək ki, İ.Pata son mövsümü Niderlandın II Liqasında çıxış edən "Top Oss" klubunda keçirib və meydana çıxdığı 33 oyunda 4 məhsuldar ötürməyə imza atıb. O, ölkəsinin yığmasında 8 oyunda meydana çıxıb və 1 qol vurub.

Избранный
124
4
report.az

9Источники