RU

Hizbullah yenə İsraili hədəf aldı – 200 raketlə hücum etdi + VİDEO

Livandakı Hizbullah təşkilatı İsrail ərazisinə 20 pilotsuz uçuş aparatı (PUA) və 200-dən çox raketlə hücum edib.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

“The Times of Israel”in yazdığına görə, Hizbullah İsrailin şimal sərhədindəki hərbi bazaları hədəf alıb.

İlkin məlumatlara görə, Akka şəhərində bir ticarət mərkəzinə ziyan dəyib, ölən və yaralanan olmayıb. Hücuma görə bölgədə genişmiqyaslı yanğının başladığı bildirilib.

İsrail ordusundan verilən açıqlamaya görə, buna cavab olaraq Livan sərhədində əks hücumlar təşkil edilib.

“AzPolitika.info”



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
azpolitika.info

1Источники