RU

Silah olmadığından 14 briqada ruslara qarşı döyüşə bilmir

Cəbhədə vəziyyət durğun deyil, problemlidir. Ukrayna prezidenti Vladimir Zelenski Bloomberg-ə müsahibəsində deyib ki, əgər istək və silah varsa, bunu həll etmək olar.

O, izah edib ki, bu gün Ukrayna Silahlı Qüvvələrində silahı olmayan 14 briqada var

“İstək var, amma silah yoxdur. Yəni silahsız briqadalarımız var. Ehtiyatımız var, kadrları olan 14 briqadamız var, müvafiq silahlar yoxdur. Silahlar bizə gec -gec gəlir”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, bu gün əks-hücum hərəkətlərindən danışmağın mənası yoxdur, çünki Ukrayna Silahlı Qüvvələri ilk növbədə əllərində olanı qorumalıdır.

Oxuməni.az

Избранный
131
oxumeni.az

1Источники