RU

Autizm xəstəsi uşaq maşına toxundu: Sürücü görün ona NECƏ VURDU - VİDEO

Autizm xəstəsi uşaq maşına toxundu: Sürücü görün ona NECƏ VURDU - VİDEO

ABŞ-də çəkilmiş bir görüntü sosial mediada hiddətə səbəb olub.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, görüntülərdə bir nəfər autizmli uşağa lüks avtomobilinə toxunduğu üçün hücum edib. Uşağa hücum edən şəxsin daha sonra avtomobilinin loqosunu düzəldərək hadisə yerindən uzaqlaşdığı görülüb.

ABŞ mətbuatında yayılan məlumata görə, Los-Ancelesdə böyük bacısı ilə yemək almağa çıxan 10 yaşlı Alfredo Morales yolda gördüyü Mercedes markalı lüks avtomobilə toxunub. Nəqliyyat vasitəsinin sürücüsü dərhal arxaya dönüb balaca oğlanla bacısının dayandığı avtobus dayanacağına gəlib.Sürücü bacısının üzr istəməsinə baxmayaraq uşağı sillələyib.

Sürücü daha sonra hadisə yerindən uzaqlaşıb. Hadisəni görən və videonu çəkən qadın sürücünün hücumundan şoka düşdüyünü bildirib. 10 yaşlı uşağın atası açıqlamasında bildirib ki, autizmli övladı ətrafını tanımaq üçün gördüklərinə toxunur.

Uşağın ailəsi polisə gedərək sürücüdən şikayət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
sonxeber.az

1Источники