RU

Qəzzada ölənlərin sayı 38 mini keçdi


2023-cü ilin oktyabrında İsrailin hərbi əməliyyatlara başlamasından bu yana Fələstinin Qəzza zolağında İsrail qüvvələrinin hücumu nəticəsində 38 mindən çox insan həlak olub, 87 mindən çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumatı yayıb.
“İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 38 011, yaralananların sayı 87 455 nəfərə çatıb”, - nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyi təkcə son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və havadan bombalaması nəticəsində 58 fələstinlinin öldüyünü, 179 fələstinlinin isə yaralandığını qeyd edib.
Избранный
95
50
yeniavaz.com

10Источники