RU

Putin rus uşaqları Şimali Koreyaya göndərir - Kommunist ölkələr üçün düşərgə yaradılıb + VİDEO

24 ildən sonra keçən ay Şimali Koreyaya gedən və prezident Kim Çen Inla görüşən Rusiya lideri Vladimir Putinin rus uşaqları Şimali Koreyaya yay düşərgəsinə göndərəcəyi bildirilir.

"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Rusiya hakimiyyəti Putinyönlü gənclər təşkilatının üzvləri olan uşaqların “intizam hazırlığı” üçün Şimali Koreyanın şərqindəki Sonqdoun düşərgəsinə tətilə göndərməyi planlaşdırır.

Qeyd edək ki, bu düşərgə Kimin babası tərəfindən 1960-cı illərdə kommunist ölkələri arasında mədəni mübadilə məqsədilə uşaqlar üçün yaradılıb.

"The Times" qəzetinin yazdığına görə, akvarium, su parkı, teatr və çimərlikdən ibarət 1200 nəfərlik düşərgə əvvəllər ciddi nizam-intizam qaydalarına görə tənqid obyektinə çevrilmişdi. Əvvəllər düşərgədə qalan bəzi ruslar səhər tezdən Şimali Koreya liderlərinin heykəllərini təmizləmək məcburiyyətində qaldıqlarını bildirmişdilər.

2015-ci ildə düşərgədə qalan Yuri Frolov adlı gənc Ağ Evin bombalandığı cizgi filmə baxdıqlarını və daim kommunistlərə xas himnlər oxuduqlarını demişdi.

"AzPolitika.info"

Избранный
78
azpolitika.info

1Источники