RU

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başladı

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb. İki namizəd - mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan seçkiqabağı kampaniyalarını başa çatdırıblar.

Publika.az xəbər verir ki, İranın Şenaaxt analitik mərkəzinin ikinci tur ərəfəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Pezeşkiyana, 48 faizi isə Cəliliyə səs verməyə hazırdır.

Respondentlərin 42%-i səsvermədə iştirak etmək arzusunda olduğunu bildirib. Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da məlum olacağı gözlənilir.

İyulun 1 və 2-də prezidentlik yarışının iştirakçıları seçkiqabağı debatlarda bir araya gəliblər. İranın xarici siyasət strategiyasında namizədlərin üzləşdiyi əsas məsələ Qərbin sanksiyalarının mənfi nəticələri ilə necə mübarizə aparmaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
publika.az

1Источники