RU

Murad Musayev Kadinin "Qarabağ"a dönüb-dönməyəcəyini açıqladı - "Artıq üç həftədi..."

Hər kəsin “Qarabağ”dan gözlədiyi xəbər Kadi Borgesin transfer xəbərinin açıqlamasıdı.

“Köhlən atlar”ın “yox” deməməsi bir ümid saxlayır. Bununla belə, xarici və yerli mediada yayılan informasiyalar məsələdən yan qaçmağa imkan vermir. Rusiya çempionatının ikincisi “Krasnodar” isə hazırlığa davam edir. Bəs Kadi hazırda bu klubun düşərgəsindədimi, məşqlərə qoşulurmu? Komandanın baş məşqçisi Murad Musayev “Football-plus.az”a açıqlmasında bu sözləri dedi:

“Artıq üç həftədi məşq edirik. Kadi də bizlə məşq edir”.

Xatırladaq ki, Kadinin “Krasnodar”la 2026-cı ilin yayına kimi müqaviləsi var.

RÖYANƏ OĞUZ
Избранный
102
football-plus.az

1Источники