RU

“Mançester Siti” Edersonu satmağa hazırdı

“Mançester Siti” qapıçısı Ederson Moraeşi Səudiyyə Ərəbistanına göndərməyə razılıq verib. Matc.az xəbər verir ki, Premyer Liqa çempionu bunun üçün rəsmi təklif gözləyir. 30 yaşlı qolkiper “Əl-Nasr” və Yaxın Şərqin digər komandalarının maraq dairəsindədi. Ancaq hələlik rəsmi təklif olmayıb. Braziliya millisinin üzvü 35 milyon avro dəyərindədi. Bu satış baş tutsa, Stefan Orteqa “şəhərlilər”in bir nömrəli qapıçısı olacaq. Qeyd edək ki, Ederson “Mançester Siti”yə 2017-ci ildə 40 milyon avro qarşılığında “Benfika”dan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
21
matc.az

10Источники