RU

İsraildə Qərbi Nil qızdırması virusu yayılmaqdadır, insanlar tələf olmaqda davam edir

 
"Pasiyentlərin 80 faizində xəstəliyin əlamətləri özünü büruzə vermir..."
 
İsrail Səhiyyə Nazirliyi məlumat verib ki, 153 nəfər İsrail sakinində Qərbi Nil qızdırması xəstəliyi diaqnozu qoyulub. Xəstələnənlərdən 11 nəfəri dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tass.ru" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, virusa yoluxanların əksəriyyəti ölkənin mərkəzi regionunun sakinləridir.
 
Bundan öncə məlumat verilib ki, Səhiyyə Nazirliyi etiraf edib ki, xəstəliyin indiki yayılma səviyyəsi son illərdə ən geniş miqyaslıdır.
 
İmmunologiya şöbəsinin müdiri Devid Heyqinin təşəbbüsü ilə ilk xəstələrin yerləşdirilildiyi Təl-Əvivin "İxilov" xəstəxanasında Qərbi Nil qızdırması sınaq məqsədilə interferonla müalicəyə başlanılıb. 
 
Hələlik virusəleyhinə, immunstimuləedici və antiproliferativ (hüceyrələrin çoxalmasına mane olan) təsir göstərən bu preparat ilkin mərhələdə yalnız ağır xəstələrə verilir.
 
Səhiyyə Nazirliyi xatırladıb ki, Qərbi Nil qızdırmazı xəstəliyi İsraildə çoxdan bəllidir, yoluxanların təxminən 80 faizində xəstəliyin əlamətləri özünü büruzə vermir.
 
Müxtəlif dərəcəli ağırlıqda olan əlamətlər, o cümlədən qızdırma, halsızlıq, baş ağrıları təxminən 20 faiz hallarda baş verir, ciddi nevroloji fəsadlar isə xəstələnənlərin yalnız 1 faizində qeydə alınır.
 
Səhiyyə Nazirliyinin ekspertləri xatırladıb ki, infeksiyanı yayan ağcaqanadlardır, ona görə də ölkə sakinlərinə həşəratlara qarşı repellentlər və digər vasitələrdən istifadə etmək tövsiyə edilir.
 
Qərbi Nil qızdırması eyniadlı virusun törətdiyi kəskin virus xəstəliyidir. İnfeksiya ağcaqanadlar, iksod və arqas gənələr tərəfindən ötürülür. Virus insana əsasən ağcaqanaq dişləməsi vasitəsilə keçir.
 
Pasiyentlərin əksəriyyətində xəstəliyin əlamətləri özünü büruzə vermir, bəzilərində febril xəstəlik, yəni qızdırma və qıcolmalar inkişaf edir. Nadir hallarda xəstəlik ağır formada keçir.
Избранный
66
moderator.az

1Источники