RU

Müsavat növbədənkənar parlament seçkilərində iştirak edəcək

Yayımlandı: 4 İyul 2024 15:10 Partiyanın Məclisi seçkilərdə iştirakla bağlı qərar qəbul edib Müsavat Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyi bildirilir. Bu barədə iyulun 4-də Müsavat Partiyasının Məclisi qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə qoyulub. 51 lehinə, 19 əleyhinə, 2 bitərəf qalmaqla Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi ilə bağlı qərar qəbul edib. Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana səlahiyyət verib. Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib. Növbədənkənar seçkilər nə vaxt keçiriləcək? Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb. İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab vermişdi. İyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət etmişdi. Parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının “tam formalaşdırılması zəruridir”. Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub. Meydan TV

Избранный
112
xural.com

1Источники