RU

“Rusiya Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir” – Berbok

Rusiya Avropanın təhlükəsizliyinə ən böyük təhdid olaraq qalır.

Medianews.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Onun sözlərinə görə, NATO Ukraynanı dəstəkləməyə davam etməlidir.

“Yaxın gələcək üçün Rusiya bizim təhlükəsizliyimiz və Avropanın azadlığı üçün ən böyük təhdid olaraq qalır. Qərb azadlığı və demokratiyanı qorumaq üçün tədbirlər görməlidir. Biz bunu istəmirik”, – deyə o bildirib.

Berbok qeyd edib ki, bu baxımdan Almaniyanın üzərinə xüsusi məsuliyyət düşür, o, Rusiya ilə bağlı siyasəti sayəsində itirilmiş etimadı qaytarıb.

Ayşən

 

Избранный
70
medianews.az

1Источники