Rusiyanın dövlət müdafiə sənayesi şirkəti "Rostec" Rusiya istehsalı olan döyüş tankları üçün zirehi deşən güllələrin Hindistanda istehsal ediləcəyini açıqlayıb. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Rostec" tərəfindən edilən yazılı açıqlamada Hindistanda "Manqo" adlı zireh deşici güllələrin istehsal ediləcəyi qeyd edilib. Açıqlamada "Manqo"nun Rusiya istehsalı olan "T-72" və "T-90" model tanklarında istifadə edildiyi və bu tankların Hindistan ordusunda da olduğu bildirilib. Açıqlamada "Rostec"in Hindistanda da barıt istehsal etməyi planlaşdırdığına dair məlumatlar yer alıb. Qadir, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта