RU

Bezos 25 milyon dollarlıq “Amazon” səhmini satır


“Amazon”un qurucusu Ceff Bezos təxminən 5 milyard dollarlıq 25 milyon səhm satmağı planlaşdırır.
Yeniavaz.com
“Gizmochina” portalına istinadla xəbər verir ki, bu satışa baxmayaraq, Bezos şirkətdəki payının əhəmiyyətli bir hissəsini – 8,8% payı təmsil edən təxminən 912 milyon səhmini özündə saxlayacaq.
Hazırda Bezos 221,6 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən varlı adamıdır. O, həmçinin “Blue Origin” və “The Washington Post”un da səhmlərinin sahibidir.
Digər tərəfdən, “Amazon” səhmləri iyulun 2-də hər bir səhm üçün 200 dollara qədər artaraq, bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Ümumilikdə isə, “Amazon” səhmləri təkcə bu ildə 32% artım nümayiş etdirib.
Qeyd edək ki, Ceff Bezos bu yaxınlarda Sietldən Mayamiyə köçüb və onun bu addımı qızğın müzakirələrə səbəb olub. Bəzi ehtimallara görə, Bezosun Sietldən Mayamiyə köçməsinə səbəb əlavə vergi faizi olub. Belə ki, Vaşinqton ştatı kapital artımı üçün 7% vergi tutsa da, Florida ştatında belə bir vergi yoxdur. Bu isə Bezos üçün yüz milyonlarla dollara qənaət etmək deməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
yeniavaz.com

1Источники