RU

"Qarabağ" Avstriyaya yollanacaq

"Qarabağ" yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.

Apasport.az xəbər verir ki, bu barədə klub öz rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Təlim-məşq toplanışı Avstriyanın Tirol şəhərində baş tutacaq.

“Köhlən atlar”ın Tirolda 4 yoldaşlıq matçı keçirməsi nəzərdə tutulub. Artıq iki rəqib də məlumdur. Bunlar Almaniyanın “Kayzerslautern” və Çexiyanın “Viktoriya Plzen” klublarıdır.

Qeyd edək ki, “Qarabağ” hər iki rəqiblə iyulun 9-da qarşılaşacaq. “Kayzerslautern”lə oyun saat 14:30, Plzen “Viktoriya”sı ilə görüş isə 20:00-da start götürəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
1
apasport.az

2Источники