RU

Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb

"Silk Vey Vest Aviaşirkəti" MMC 2023-cü ili 82 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 939 milyon 878 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Silk Vey Vest Aviaşirkəti"nin xalis mənfəəti 91,3% (11,5 dəfə) azalıb. Xalis mənfəətin azalması aviaşirkətin gəlirinin kəskin azalması ilə əlaqədardır. 

Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Silk Vey Vest Aviaşirkəti"nin gəliri 2022-ci ildə 3 milyard 225 miylon 6 min manat ikən, 2023-cü ildə 1 milyard 913, milyon 124 min manata düşüb (1 milyard 311 milyon 882 min manat və ya 40,7% azalıb).

gəlir mənfəət Silk Vey Vest Aviaşirkəti
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
marja.az

1Источники