RU

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün çox mühüm platformadır- ÖZƏL

"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısın dəvət edilməsi ilk növbədə beynəlxalq nüfuzlu bir təşkilatın Azərbaycana olan inamı və etimadı, qarşılıqlı hörmətinin göstəricisidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib:

"Azərbaycan dünyada son illərdə böyük nüfuza malik, dünya əhəmiyyətli layihələrə imza atmış ölkədir. Hər gün öz gücünü, qüdrətini qüvvətləndirən ölkədir. Bu istiqamətdə Azərbaycanın dünyada hər ötən gün önə çıxması dünya güclərini, dünyanın nəhəng siyasi dairələrini maraqlandırır. 
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etməsi də çox mühüm əhəmiyyət daşıyan hadisədir.  Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycan üçün çox mühüm platformadır. Azərbaycan Prezidenti səfər çərviçəsində həm Rusiya, həm Qazaxıstan, Türkiyə, Çin , Pakistan və bir çox ölkə liderləri ilə görüşüb. Bu görüşlər çərçivəsində qarşılıqı əməkdaşlıq, siyasi və iqtisadi sahədə münasibətlərin dərinləşməsi, eyni zamanda qlobal terrorizmə, separatizmə və mənfi meyllərə qarşı mübarizədə birgə səylərin gücləndirilməsi istiqamətində təbiidir ki, bu görüşlərin və təmasların çox böyük rolu və əhəmiyyəti var. Azərbaycan Prezidenti daim beynəlxalq tribuna və arenalardan istifadə edərək ölkəmizin imkanlarını, haqq və ədalət mövqelərini beynəlxalq ictimaiətə çatdırıb, bu istiqamətdə müəyyən mesajlar verib. Bu görüşlər çərçivəsində də Prezident İlham Əliyev paralel olaraq Azərbaycanın haqlı mövqeyini, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın səylərini bir daha həmin ölkələrin liderlərinə əyani olaraq çatdırmış oldu. Hesab edirəm ki, Azərbaycan liderinin belə əhəmiyyətli tədbirdə iştirak etməsi, ölkəmiz üçün bütün parametrlərdə müsbət dividendlər gətirəcəkdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
olaylar.az

1Источники