RU

Prezident İlham Əliyev: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Astana. Trend:

Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş vəinkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçünsəylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrinlegitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinəçalışacağıq.

Trend xəbər verir ki, bufikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanınpaytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəçıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın prioritetlərisırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindənekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik adadövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçikada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılmasıtəşəbbüsü ilə çıxış edib.

“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-unkeçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davametdirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
28
az.trend.az

10Источники