RU

İsmayıl Rzayev: “Səhvlərimdən nəticə çıxarıb...”

“Avropa çempionatında çıxışımı yaxşı dəyərləndirirəm”.

Bunu İdman.bizə yunan-Roma güləşçisi İsmayıl Rzayev (82 kq) deyib.

Avropa çempionatında (U-20) gümüş medal qazanan pəhləvanımız çıxışını şərh edib. O, finaldakı məğlubiyyətinin səbəbini də açıqlayıb: “Həlledici görüşə qədər 4 idmançı ilə qarşılaşdım. Yarımfinalda erməni idmançısına qalib gələrək finala yüksəldim. Bu mərhələdə uduzduğum türkiyəli Alperen Berber zəif güləşçi deyil. Buna baxmayaraq, ondan daha hazırlıqlı idim. Qızıl medala çox yaxın idim. Amma görüşdə buraxdığım ani bir səhv qızıl medalı itirməyimə səbəb oldu. Səhvlərimdən nəticə çıxarıb gələcək yarışlara daha yaxşı hazırlaşacam və qalib olacam”.

Qeyd edək ki, Avropa çempionatında yunan-Roma yığmamız 3 medal qazanıb. İsmayıl Rzazadədən fərqli, Ruslan Nurullayev (72 kq) və Tural Əhmədov (60 kq) yarışı bürünc medalla bitirib.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
idman.biz

1Источники