Gürcüstan rəhbərliyi Gürcüstanın Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq, dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, amerikalı tərəfdaşlarını ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik edib .
“Biz bu günü qeyd edərkən biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və Gürcüstanla ABŞ arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - Gürcüstanın baş naziri X sosial şəbəkəsində yazıb.