RU

“İspaniya uşaqların komandasıdır” – Əfsanəvi futbolçu rəqibi təhqir etdi

Almaniya milli komandasının sabiq qapıçısı Yens Lemann Avropa Çempionatının 1\4 final oyunu haqqında fikirlərini bildirib.

Msport.az xəbər verir ki, əfsanəvi qolkiper İspaniya – Almaniya görüşü haqqında danışıb:

“Biz İspaniya yığmasının qrup mərhələsində yaxşı nəticələrinin şahidi olduq. Texnika nöqteyi-nəzərdən ola bilsin ki, onlar bizdən üstündürlər. Lakin onlar bəstəboydurlar və təcrübəsizdirlər. Bu, uşaqların komandasıdır. Onların çox gənc futbolçuları var. İspaniyalı futbolçuların beynəlxalq yarışlarda təcrübəsi o qədər də çox deyil”.

 

Избранный
144
msport.az

1Источники