RU

Ərdoğan Merihi və millini dəstəkləmək üçün Almaniyaya yollanır

Türkiyə respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa çempionatının oyununu izləyəcək. Bu məqsədlə o, iyulun 6-da Almaniyada olacaq. Ərdoğan Niderland – Türkiyə qarşılaşmasını tribunadan izləyəcək.

Xatırladaq ki, 1/8 final mərhələsinin oyununda Merih Demiralın vurduğu qoldan sonra “boz qurd” jesti gündəm olub. Almaniya və Avstriyada futbolçunun cəzalandırılmasını tələb edirlər. Bununla bağlı UEFA araşdırmaya başlayıb. Bu gün isə Türkiyə respublikasının səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bütün bunları nəzərı alaraq futbolçunun arxasında dayandığını göstərmək məqsədilə Rəcəb Tayyib Ərdoğan Almaniyaya getmək qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
futbolinfo.az

1Источники