RU

Azərbaycan və Çin arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək - Azər Qarayev

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində mühüm yer tutan Çin iləikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində vacibaddımlar atılır. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpinarasında qarşılıqlı inam və etimad üzərində qurulmuş yüksəksəviyyəli dostluq münasibətləri bu əlaqələrin möhkəmlənməsindəəhəmiyyətli rol oynayır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Çin liderinin Prezident İlham Əliyevi sonprezident seçkilərində ilk təbrik edən dövlət başçılarından biriolması iki ölkə arasında yaranmış dostluq münasibətlərinin birsübutudur. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezidentİlham Əliyevin İkinci “Kəmər və Yol Forumu”nda iştirakı və 2022-ciilin sentyabrında Səmərqənd şəhərində keçirilən ŞƏT Sammitində ikiliderin görüşü bu əlaqələrin mühümlüyünü bir daha təsdiq edir. Bugün Astanada keçirilən görüş zamanı iki ölkə arasında stratejitərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgəBəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldir.

"Azərbaycan, "Vahid Çin" prinsipini dəstəkləyərək, ÇininSincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyinibirmənalı olaraq dəstəkləyir. Bu mövqeyi ilə Azərbaycan, Tayvandakeçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını bəyanedən ilk ölkələrdən biri olmuşdur.

Çin, Azərbaycanın ilk idxal mənbəyidir və ölkəmizin beş əsasticarət tərəfdaşından biridir. 2023-cü ildə iki ölkə arasındakıticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib.Azərbaycanda 300-dən çox Çin şirkəti sənaye, kənd təsərrüfatı,tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyətgöstərir. Çindən Azərbaycana 930,8 milyon ABŞ dolları,Azərbaycandan Çinə isə 263,3 milyon ABŞ dolları həcmindəinvestisiya qoyulmuşdur", - o deyib.

A.Qarayev bildirib ki, Azərbaycan, Çin tərəfindən irəli sürülən“Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və butəşəbbüs çərçivəsində sıx əməkdaşlıq qurub. Azərbaycan, OrtaDəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalaryatıraraq, bu layihənin mühüm hissəsinə çevrilmişdir. TransxəzərBeynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz, Çindən Avropaya və əksistiqamətdə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsizmarşrut olaraq, 2023-cü ilin ilk doqquz ayında yükdaşımalarınhəcmini 88% artıraraq 2 milyon tona çatdırmışdır:

"Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə ÇindənTürkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədərazalmışdır. Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə QərbiAvropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə başverir.

Azərbaycan ilə Çin arasında enerji sahəsində də əməkdaşlıquğurla inkişaf etdirilir. Elektrik mühərrikli avtobuslarınistehsalı sahəsində “BYD Company Limited” ilə əməkdaşlıqbaşlanmışdır. 2024-cü ilin noyabr ayında COP29 çərçivəsində BYDşirkətinin 160 elektrik mühərrikli avtobusunun və 100 elektrikenerji doldurucusunun Azərbaycana gətirilməsi planlaşdırılır.Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılmasınəzərdə tutulur".

Politoloq onu da əlavə edib ki, Azərbaycan və Çin arasında şəhərvə regionlar arasında da əməkdaşlıq möhkəmlənir.

"Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindao şəhəri, Sumqayıt iləSian və Myenyan şəhərləri arasında dostluq münasibətləri inkişafedir. Heydər Əliyev Fondu iki ölkə arasında mədəni və humanitarmübadilənin əsas hərəkətverici qüvvəsi hesab olunur və müxtəliflayihələr həyata keçirir.

Elm və təhsil sahəsində də əməkdaşlıq fəal şəkildə həyatakeçirilir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisikafedrası fəaliyyət göstərir, Azərbaycan ali məktəblərində isəKonfutsi institutları uğurla fəaliyyət göstərir.

Əminik ki, Prezident İlham Əliyevin Çin lideri Si Cinpin iləgörüşlərinin nəticəsi olaraq, iki ölkə arasında əməkdaşlıq bütünsahələrdə daha da dərinləşəcək və qarşılıqlı təmaslar daha daintensivləşəcək. Bu əlaqələr, Azərbaycan-Çin münasibətlərini yeniməzmun və keyfiyyət səviyyəsinə yüksəldəcək", - Qarayevvurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
119
3
az.trend.az

4Источники