RU

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraqRespublikası Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın rəhbərliketdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumatverilib.

Nazir ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalqmüstəvidə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. FəridƏhmədov ölkəmizdə elektron məhkəmə və elektron icra sisteminintətbiq edilməsi, hakimlərin hazırlığı və ədliyyə sahəsində görüləndigər işlər barədə məlumat verib. Nazir qeyd edib ki, iki ölkəarasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var.İraq nümayəndə heyətinin rəhbəri Faiq Zidan səmimi qəbula görə özminnətdarlığını ifadə edib. Bu səfərin ölkələr arasında hüquqisahədə həyata keçirilən ilk səfər olduğunu vurğulayan qonaq məhkəməvə ədliyyə sahəsində əməkdaşlığın qurulmasında, eləcə də ölkəmizintəcrübəsinin öyrənilməsində qarşılıqlı səfərlərin vacibliyini qeydedib.

Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğurandigər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
10
az.trend.az

10Источники