RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin. Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı araşdırın, təhlil edin.

Buğa - Daxili gərginliyin əsirinə çevrilərək gah bu, gah da başqa işi görməyin. Fəaliyyət arealında qayda yaradın. Başladığınız işləri yarımçıq qoymayın, məntiqi nəticə hasil olanadək dayanmayın. Diqqəti aktual məsələnin həllinə yönəldin.

Əkizlər - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin, deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.

Xərçəng - Maliyyə məsələlərində təşəbbüsləriniz uğurlu ola bilər. Yeni işlərdə məhdudiyyətlər yaranacq. Təxirə salınmış, yaxud unudulmuş məsələlərdən biri yenidən gündəmə gələcək. İtirdiyiniz əşyanı tapmaq, can atdığınız məlumatı almaq şanslarınız var.

Şir - Sizin vaxtınızdır. Önəmli saydığınız məqsədə çatmaq üçün seçdiyiniz istiqamətdə qətiyyətlə, sürətlə irəliləyin. Situasiyanı planınıza uyğunlaşdırmaq üçün vacib addımları atın.

Qız - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun, intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş metodları seçin.

Tərəzi - Qarışıq, mürəkkəb zamandır. Sizdən əlahiddə səbr və təmkin tələb olunur. Sizi münaqişəyə cəlb etməyə çalışacaqlar. Oyun qaydaları, qarşılıqlı münasibətlərin sxemləri dəyişir. Maraqlarınızı mütləq təmin etməyə çalışın.

Əqrəb - Mürəkkəb əlaqələr hərəkətə gələrək yeni imkanlar yaradacaq. Şanslardan yararlanın. Əlavə seçim imkanı formalaşır. Bir neçə variantı nəzərdən keçirin. Perspektivi ola biləcək mövzu çərçivəsində fəaliyyət daha effektivdir.

Oxatan - Yanınızdakı insanların davranışlarında və sözlərindəki dəyişikliklərə fikir verin. Yaşananların məzmununu anlamağa çalışın.

Oğlaq - Maraqlandığınız işlə məşğul olun. Həmkarlara, tərəfdaşlara, şəriklərə təzyiq göstərməyin. Gözlədiyiniz önəmli görüş və ya söhbət baş tutacaq. Maraqlarla məqsədləri razılaşdırsanız, işlərdə daha ciddi irəliləyişlərə nail ola bilərsiniz.

Dolça - Seçim zamanıdır. Mövqelərinizi möhkəmləndirin, yaxın ətrafınızdakı insanların sizə təzyiq məqsədilə reallaşdırdıqları manipulyasiyaların qarşısını alın. Eyni vaxtda bir neçə işlə məşğul olmayın. İzafi tələskənlik problemlər yarada bilər.

Balıqlar - Əvvəlcədən hazırladığınız plan üzrə fəaliyyətinizi davam etdirin. Ştrix və detalları hazırlayın, işlərin gedişatına ciddi fikir verin. Münasibətlərdə problemlər yaratmayın. Fiziki işdə xeyir var. Aktiv, mütəhərrik, çevik olun. Tapşırıqları vaxtında yerinə yetirin. Yardım istəməyin.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
mia.az

1Источники