RU

Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək

Əcnəbilər haqqında qanuna edilən dəyişikliklər çərçivəsində Finlandiya hakimiyyəti sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirir.

Dəyişikliklər yaşayış icazəsinin verilməsindən imtinaya səbəb ola biləcək hər bir vəziyyəti nəzərdə tutacaq. Bunlara yalan məlumat vermək, ölkədə qeyri-qanuni mövcudluq və ya qeyri-qanuni iş, eləcə də qondarma nikah daxildir.

Bundan əlavə, hakimiyyət orqanları sığınacaq axtaranların şəxsiyyətinin təsdiqlənməsi üçün tələbləri sərtləşdirəcək – onlar yaşayış icazəsi almaq üçün ölkədə olmanın hüquqi əsaslarını dəyişə bilməyəcəklər.

“Bu, ərizəçinin yalnız Finlandiyada iş tapmaq və ya təhsil almaq məqsədi ilə sığınacaq üçün müraciət etməsi hallarının qarşısını alacaq” deyə hökumət izah edib .

 

Bundan əvvəl FAZ qəzeti Finlandiya hakimiyyətinin  heç bir əsas olmadan miqrantları Rusiyaya qovmaq niyyəti barədə məlumat vermişdi.

İyun ayında Finlandiya parlamentinin Konstitusiya Komitəsi Rusiya ilə sərhəddə qaçqınlarla bağlı qanun layihəsini təsdiqləyib.

Mənbə rusca

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
dogru.az

1Источники