Müəllif:Ayşən İmanova/Banco.az
Finlandiya sentyabrın 1-dən ölkəyə girişlə bağlı bir sıra hüquqi tənzimləmələri sərtləşdirəcək.
Banco.az xəbər verir ki, müvafiq dəyişikliklər Finlandiya hökuməti tərəfindən təsdiqlənib.
Ölkə prezidenti iyulun 5-də bu müddəaları rəsmən təsdiq edəcək.
Daxili İşlər Nazirliyinin izahatında deyilir ki, Əcnəbilər Qanunu yaşayış icazəsindən imtina edilməli olan hər bir vəziyyəti, o cümlədən yalan məlumat vermək, qeyri-qanuni qalmaq, Finlandiyada qeyri-qanuni işləmək və evlilik razılaşmasını müəyyən edəcək.
Sığınacaq axtaran şəxslər üçün yaşayış icazəsinin alınması, o cümlədən onların şəxsiyyətinin təsdiqi proseduru xeyli sərtləşdiriləcək. Qaçqınlar, məsələn, işə düzəlməklə ölkədə qalmağın hüquqi əsaslarını dəyişə bilməyəcəklər. Həmçinin biometrik məlumatlar Şengen informasiya sisteminə girişdən imtina barədə məlumatlara əlavə olunacaq.