RU

79-cu illərdə Sarayevoda Bakı günləri belə KEÇİRİLİRDİ - VİDEO

79-cu illərdə Sarayevoda Bakı günləri belə KEÇİRİLİRDİ - VİDEO

"Yuqoslaviyanın Sarayevo şəhəri ilə respublikamızın paytaxtı arasındakı qarşılıqlı qardaşlıq və dostluq əlaqələri ildən-ilə genişlənir. Bu yaxınlarda Sarayevoda "Bakı günləri" keçirilmişdir. Həmin günlərdə iştirak etmək üçün buraya böyük nümayəndə heyəti gəlmişdir".

Sonxeber.az xəbər verir ki, bu barədə AzTV-nin "Qızıl Fond"unda qorunan 1979-cu illərə aid arxiv materialında bildirilib. Kadrlarda qonaqlar səmimiyyətlə qəbul edilib və keçirilən Bakı günlərinin proqramı çox geniş olub:

"Əmək müəssisələrində keçirilən görüşlərdə, şəhərin incəsənət və mədəniyyət xadimləri ilə söhbətlərdə Azərbaycan paytaxtının son illərdə qazandığı nailiyyətlər danışılırdı. Rəssamlarımızın əsərlərinə və kitab nümunələrimizə yuqoslaviyalılar böyük maraq göstərirdi. Sarayevoda açılan sərgilərə isə minlərlə adam buraxılmışdır".

Ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
sonxeber.az

1Источники