RU

Umud Mirzəyev BAMF-ın yeni layihəsindən danışdı

Xəbər veridyimiz kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı yeni layihənin icrasına start verib.

"Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı yeni layihəsinin əsas ideyası Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin mina probleminin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə və qəbul edilməsi təşəbbüsünə dəstək olmaqdan, minaların bəşəriyyət üzərindəki humanitar təsirlərinə qarşı beynəlxalq səviyyədə mübarizə göstərmək, həmçinin mina probleminin davamlı inkişafa yaratdığı məhdudiyyətlərə dair qlobal məlumatlılığının artırılmasından ibarətdir. Mina problemini DİM-lərə inteqrasiya etməklə, bu layihə davamlı inkişaf, sülh və təhlükəsizlik kimi məsələlərini və minalardan azad bir dünya üçün beynəlxalq səyləri dəstəkləməyi əsas hədəf kimi qəbul edir”.

Bu sözləri Ednews-a açıqlamasında BAMF prezidenti Umud Mirzəyev deyib. Onun sözlərinə görə layihənin qlobal miqyasda davamlı inkişafın təmin edilməsilə minasız dünya yaratmaq üçün paralel sessiyaların, dəyirmi masaların, canlı və onlayn görüşlərin təşkil olunması, sosial media üzərindən təbliğat kampaniyalarının aparılması, eyni zamanda maarifləndirmə məqsədilə videoçarxların, çap məhsullarının hazırlanması planlaşdırılır. Layihənin gedişatında minaqurbanları, onların ailə üzvləri, ANAMA rəsmiləri, minaaxtaranlar və s. digər əlaqəli şəxslərlə mütamadi görüşlər, tədbirlər keçiriləcək.

“Layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində oktyabr-noyabr aylarında layihə ilə bağlı paralel sessiyanın keçirilməsi planlaşdırılır. Bu tədbirin əsas məqsədi dünyanın müxtəlif bölgələrindən peşəkar ekspertlər, eyni zamanda mina problemi olan ölkələrdən nümayəndələr cəlb etməklə, beynəlxalq təşkilatları məsələnin həlli istiqamətində bir araya gətirməkdir. Burada Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Cenevrə Beynəlxalq Humanitar Mina Aksiyası Mərkəzi, Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və digər beynəlxalq təşkilatların əməkdaşları iştirak edəcəklər”.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə elan etdiyi böyük qrant müsabiqəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir.

Oğuz 

Избранный
53
ednews.net

1Источники